Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub. Maşından bir nəfər düşərək əraziyə yaxınlaşıb və orada gizli saxlanc yerindən gizlədilən əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Nəqliyyat vasitəsində olan hər iki şəxs sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı 185 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin Lənkəran sakinləri 56 yaşlı Allahverdi Dadaşov və 45 yaşlı Vüqar Bağırov olduğu müəyyənləşib. Əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunan Dadaşov heroinin qaçaq yolla İrandan gətirildiyini etiraf edib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 762