Qarabağ müharibəsi veteranları, qazilərin iştirakı ilə 2 nömrəli məktəbdə baş tutan görüşdə düşmənə nifrət, vətənə sadəqət hissi şagirdlərə aşılanıb. Uzun illər boyu erməni vandallarının xalqımızın başına gətirdiyi müsibətlər, soyqırım siyasəti, torpaqlarımızın işğalı ilə bağlı məsələlər faktlara istinad edilərək şagirdlərə çatdırılıb. Qarabağ müharibəsində də ermənilər öz məkirli niyyətlərini bir daha nümayiş etdirərək uşaq, qoca, cavan demədən Xocalıda qətliam törədiblər. Görüşdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun şanlı qələbəsindən də söz açılaraq, bunun milli-vətənpərvərlik ruhunu və qələbəyə əminliyi artırdığı vurğulanıb. Yeniyetmə və gənclərin dövlətə və vətənə sevgi ruhunda formalaşması üçün belə tədbirlərin əhəmiyyətinə toxunulub.
- Baxış: 470