Filadelfiyada yerləşən təkr edilmiş fabriklərin birində 1927-ci ilin Packard Six avtomobili tapılıb. O, 40 il orada qalıb. Maşın həmin fabrikin sahibinə məxsus olub və gündəlik istifadə olunurdu. Avtomobil ümumilikdə təxminən 16 min kilometr məsafə qət edib. Arxiv məlumatlarına əsasən, maşının ilk alıcısı 1927-ci ildə olub. 40-cı illərdə onu fabrikin yiyəsi alıb və 10 il sürüb. 50-ci illərdə Packard sıradan çıxıb və əvvəlcə şəxsi qarajda saxlanılıb. Daha sonra yiyəsi onu fabrikə gətirib. Avtomobil burda 1974-cü ildən 2019-cu ilə qədər qalıb. “Pakkard”da hələ də interyer elementləri qorunub saxlanılıb.
- Baxış: 518