• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 21.02.2019 15:27

Şəmkirin Kür qəsəbəsində sakinlərin müraciətləri dinlənilib

KepezTV Player

Şəmkirdə sakinlərlə növbəti səyar görüş rayonun Kür qəsəbəsində baş tutub. Sosial yardım, içməli su, mübahisəli torpaq məsələləri daha çox səslənən müraciətlər sırasında olub. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qəbul zamanı səsləndirilən təkliflərin bir qisminin yerindəcə həlli ilə bağlı tapşırıq verib. Araşdırılması tələb olunan digər müraciətlər isə nəzarətə götürülüb. Ümumilikdə səyyar qəbul zamanı 98 nəfərin müraciəti dinlənilib. Görüşdən sonra rayon rəhbərliyi Səhiyyə Nazirliyinin sifarişi ilə əsaslı şəkildə təmir olunan Kür qəsəbə xəstəxanasında görülən işlərlə maraqlanıb. Təmirə dayandığı 1 il ərzində tibb müəssisəsində işlərin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana müasir inventar və avadanlıqlarla tam təchiz ediləcək.