Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb. Masallı rayon sakini 25 yaşlı Cavad Nəzirli saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Həmin şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bundan başqa, Sahil Mühafizəsinin Lənkəran rayonu Vel kəndi ərazisində xidmət aparan sahil nəzarəti bölməsinin əməkdaşları sahildə kolluqların arasında gizlədilmiş 1 kq 85 qr “heroin” aşkarlayaraq götürüblər.
- Baxış: 540