• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 20.02.2019 14:43

Göygöldə arx və kanlları lildən təmizlənir

KepezTV Player

Yaz əkinlərinin kütləvi suvarılmasını vaxtında təmin etmək üçün Göygöldə arx və kanlları lildən təmizlənir. 15 min hektardan artıq torpaq sahəsinə xidmət etmək üçün cari təmir işləri də aparılır.

İlqar Məhərrəmov - Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi – “Belə ki, çay məcraları təmizlənir, sahil bərkitmə işləri görülür, eyni zamanda kanal və arxlarda lildən, kolkosdan və çöküntüdən mexanizmlərlə təmizləmə işləri aparılır. Beton hissələrdə təmir işləri gedir. Kanalın relyefindən asılı olaraq müxanizmlər yaxaınlaşa bilməyən ərazilərdə əl əməyindən istifadə olunur”.

Göygöldə əkin sahələrini suvarmaq üçün 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür. Bu günə qədər 5 min 228 hektar dənli bitki əkilən sahələrdə 2-ci suvarma yekunlaşıb. 1000 hektardan çox sahədə isə arat başa çatıb. Son 3 ayda istifadəçilərə 20 milyon kub su verilib. Melioratorlar yaz əkinlərini suvarılmasını vaxtında təmin etmək, həm də su itkisini qarşısını almaq üçün hazırda uzunluğu 19 km olan Xanlar arxını təmizləyirlər.  

Adil Qazıyev - mexanizator – “Hazırda kanalın təmizlik işini görürük. Kanalı kolkosdan, gildən, lildən təmizləyirik. Suyun itkisinin qarşısını alırıq. Texmikamız müasirdi, gün ərzində 350-400 metr təmizləyə bilirik”.

Sel və daşqınların  qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın vahid istiqamətdə normal axınını təmin etmək üçün təmizlik işləri aparılır. Bu ilin sonun kimi isə kəndlərdə 7 subartezian quyusunun qazılaraq fermerlərin  istifadəsinə verilməsi planlaşdırılır.

 

Elnur Vahidoğlu