Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında gün ərzində 50-ə yaxın vətəndaş müayinə edilərək müvafiq təyinatlar alırlar. 8 nəfərlik həkim birqadası tərəfindən pasiyentlər ultrasəs müayinəsindən keçirilir, laborator analizlər aparılır və zəruri dərman peraparatları ilə təchiz edilir. Fevralın 12-dən indiyə kimi 1200-dən artıq kəlbəcərli məcburi köçkün tibb işçiləri tərəfindən müayinə olunub. 21 nəfər ambulator, 12 nəfər stasionar müalicəyə cəlb edilib, 11 nəfər ixtisaslaşmış xəstəxanalara göndərişlər alıb.
Zahid Muxtarov - sakin – “Ürəyimdə ağrılar hiss edirdim. Gəldim Kəlbəcər rayon həkimləri müalicə yazdılar.Çox razılımızı bildiririk”.
Səmayə Abdullayeva - sakin – “Mənim ayağımda sınıq var. Həkimin yanına gəldim, müayinə elədi və müalicə yazdı. Çox razıyam.
Səadət Əliyeva - Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi – “Bizdə yüksək səviyyədə uzi aparatı var. Lboratoriyada kalqoquramma aparatını təzə aldıq. Tibbi müayinəni beş rayonda növbə ilə həkim birqadası ilə aparacağıq.Bizim diş həkiminin, göz həkiminin alətlər var. Çalışacağıq ki, prezidentin verdiyi fərmanı çox yüksək səviyyədə yerinə yetirək”.
Elnur Vahidoğlu
- Baxış: 617