Sosial şəbəkələrdə elektriklə işləyən Chevrolet eCOPO Camaro draqsterinin startda villi, yəni arxa təkərləri üstə gedişi görüntülənib. Prototip kupe Hancock and Lane Racing komandasının əl işidir. Chevrolet eCOPO Camaro elektromotoru 710 at güclüdür. O Turbo 400 adlı avtomatik sürət qutusu ilə birləşir. Güc sistemi 800 voltluq akkumlyator blokundan qidalanır və sürətli enerji yığmanı dəstəkləyir. Elektrikli Chevrolet eCOPO Camaroya 402 metrlik dreq məsafəsini qət etmək üçün 9 saniyə kifayətdir.
- Baxış: 1032