KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş “TOZ” markalı ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir “beşbarmaq” aşkar olunaraq götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 922