• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 19.02.2019 14:29

Nəbi İsgəndərov beynəlxalq boks turnirdə qüvvəsini sınayıb

KepezTV Player

Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq boks turnirdə iştirak etmiş Azərbaycan yığmasının heyətində gəncəli Nəbi İsgəndərov da yer alıb. Vaqif Şirinovun rəhbərlik etdiyi komandamız rəsmi yarışlara hazırlıq çərçivəsində 2 yoldaşlıq görüşündə gücünü yoxlayıb. Dəri əlcək ustalarımız bir görüşü qələbə, digərini məğlubiyyətlə başa vuraraq turniri ikinci pillədə tamamlayıb. Məşqçi Turqay Əliyevin yetirməsi olan Nəbi İsgəndərov gələn ay yığmanın heyətində iki nüfuzlu yarışda qüvvəsini sınayacaq. O, əvvəlcə gənclərin Avropa birinciliyində, daha sonra kişilər arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində rinqə çıxacaq.

 

Azad Rəfi