Quba Rayon Polis Şöbəsinin əməkdaşları dövlət müəssisələri, fərdi yaşayış evləri və ticarət obyektlərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki şəxsi saxlayıblar. Onların Quba rayonu, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı Abşeron rayonu Saray Bağlar massivində yaşayan Azad Bəşirov olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, onlar məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğurluq etmək qərarına gəliblər. Dəstə üzvləri ümumilikdə 11 müəssisə və obyektdən pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişət avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq, törətdikləri cinayət hadisəsinin izini itirmək istəyiblər. Onların digər əməllərinin də üstü açılıb. Bu barədə "Hadisə"nin saat 23.30 buraxılışında ətraflı məlumat verəcəyik.
- Baxış: 519