KepezTV Player
Sabirabad sakini söküntü aparan zaman dağıntılar altında qalaraq ölüb. Bədbəxt hadisə Muğan Gəncəli kəndində qeydə alınıb. Kənd sakini 38 yaşlı İlqar Mirzəyev bir neçə gün bundan əvvəl yanan, özünə məxsus mağazada söküntü işləri aparan zamanı üzərinə armatur parçaları düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan mağaza sahibi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktın araşdırılmasına başlanılıb.
- Baxış: 360