Dodge şirkəti Amerika futbolu olan Super Bowl çempionatının finalı üçün video çarx hazırlayıb. Görüntülərdə gücləndirilmiş SRT modelləri gözə dəyir. The Devil Went Down to Georgia adlı video çarx Corciya ştatının Mercedes-Benz Stadium arenasında qeydə alınıb. Burada Challenger SRT Hellcat Redeye, Charger SRT Hellcat və Durango SRT avtomobilləri iştirak edib. Onlar arasında güclüsü 808 at güclü Challenger SRT Hellcat Redeye-dir. Maşın yerindən götürülmə zamanı bir dəqiqədə 5,4 litr yanacaq işlədir.
- Baxış: 616