• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1334
— 16.02.2019 14:43

Şəmkir Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə rayonun açıq turniri keçirilib

KepezTV Player

Yarış Azərbaycanın ərazi bütövlüyü uğunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilib. Rəsmi hissədə qədim türk döyüş ənənələri üzərində qurulan bu idman növünün Bakı ilə yanaşı, bölgələrdə də inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Mart ayında Bakıda keçiriləcək IV Azərbaycan Çempionatına hazırlıq xarakteri daşıyan turnirdə respublikamızın müxtəlif bölgələrindən 19 şəhər və rayonun idmançıları medallar uğrunda mübarizə aparıb. Bakını təmsil edən 5 komanda ilə yanaşı, Gəncə, Mingəçevir, Ağdam, Bərdə, Yevlax və digər regionların döyüşçüləri yarışda bacarığını göstərib. Birincilikdə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə ümumilikdə 241 idmançı qüvvəsini sınayıb. Bu turnir Alpaqut üzrə Şəmkirdə reallaşan 4-cü yarış olub. Bundan əvvəl iki dəfə rayonun açıq birinciliyi, bir dəfə isə Respublika Kuboku Şəmkirdə baş tutub.

 

Azad Rəfi