• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 15.02.2019 14:27

Gəncəli samboçu Röyal Rüstəmov Avropa birinciliyinə vəsiqə qazanıb

KepezTV Player

Rüstəmov Azərbaycan birinciliyində yüksək nəticə göstərərək qitə yarışında iştirak etmək hüququ əldə edib. Röyal Bakıda reallaşan Respublika birinciliyində yeniyetmələr arasında baş mükafata yiyələnib. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı keçirdiyi bütün görüşlərdə qalib gəlib. Röyal Rüstəmov məşqçi Xanəhməd Rzazadənin yetirməsidir. Avropa birinciliyinə gəlincə, bu yarış aprel ayında Kiprdə keçiriləcək.

Azad Rəfi