Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.02.2019 13:18
8 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
KepezTV Player
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. Ötən gün bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
- Baxış: 665
