Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət edilən kütləvi dava olub, ilkin məlumata görə, azı 10 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar 20 nəfər saxlanılıb. İnsident zamanı azərbaycanlı Yaşar Əliyevə məxsus kafedə Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Çeçen mənşəli şəxslər müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib. Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar. Şahidlərin sözlərinə görə, kafe dağıdılıb, azərbaycanlıların əmlaklarına ciddi ziyan dəyib. Restoran sahibi Yaşar Əliyev isə yaralanıb. Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Onlardan biri taksi olub. "Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub", - deyə şahidlərdən biri qeyd edib.
- Baxış: 550