• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 13.02.2019 12:51

Kredit şirkətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib

KepezTV Player

"Şahsevən Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. İstintaq-əməliyyat tədbirləri ilə Cəmiyyətin idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirdiyi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılan güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200 min manat məbləğində pulunu mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. Fərmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbiləri davam etdirilir.