• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 13.02.2019 11:03

32 mp-lik Vivo V15 Pro adlı smartfon debüt etdi

Vivo Nex S smartfonunu əvəzləyəcək mobil cihazın tizer görüntüləri peyda olub. Onun da ön kamerası korpusun özündən çıxır. Amma V15 Pro-un kamerasının meqapikseli 8-dən 32-ə qaldırılıb. V15 Pro böyük ehtimalla GD1 görüntülü 32 mp-lik sensor qəbul edir. Bu sensor Samsung tərəfindən ötən il təqdim olunmuşdu. Burada real vaxt rejimində HDR funksiyaları var ki, onlarla görüntünü daha keyfiyyətli etmək olar. Şəkillərin elektron stabilizasiya, Tetracell texnologiyası da bu telefonda mövcuddur. V15 Pro-nun qiyməti hələlik açıqlanmır. Daha əvvəl Vivo rəsmilərindən bildirmişdi ki, yeni smartfonun dəyəri Hindistanda 280-420 dollar arasında dəyişəcək.