Şəmkir sakinləri icbari dispenserizasiyaya cəlb edilib. Bu gündən başlayan tibbi müayinələr rayon poliklinikası ilə yanaşı, kəndlərdə fəaliyyət göstərən 42 tibbi müəssisəsində aparılır. Gənc həkimlər birliyi tərəfindən yaradılan 5 səyyar briqada da prosesə cəlb edilib. Səyyar briqada terapevt, cərrah nevropataoloq, uroloq, ginekoloq və digər ixtisaslı həkimlərdən ibarətdir. Müayinəin ilk günü 200-dən çox vətəndaşın sağlamlıq vəziyyəti yoxlanılıb. Vətəndaşlar arasında ciddi yolxucu xəstəliklər aşkarlanmayıb. Sakinlərin daha çox mövsümü xəstəlikdən əziyyət çəkdiyi müşahidə olunub.
Sevda Məmmədova Şəmkir Rayon Poliklinikasının baş həkimi: Şəmkir rayon konsultativ poliklinikasında tibbi müayinələrə yüksək səviyyədə hazırlaşıb. Demək olar ki bütün otaqlar dərman və lazımı ineventarla tam təchiz edilib. Biz çalışacağıq ki may ayının 12-dək bütün Şəmkir sakinlərinin müayinəsini təkkil edək və onların müalicəsində köməklik göstərək.
Natiq Hüseyn
- Baxış: 577