![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Renault-Twingo-23.jpg?itok=9LuYvyb5)
Renault markası tərəfindən yenilənmiş Twingo sitikarı nümayiş olunub. Modelin əsasən xarici görünüşü dəyişib. Onu yeni ön bamperlərinə, radiator barmaqlığına, işıqlandırma və fərqli dekoruna görə tanımaq olar. Twingo-nun klirensi 10 millimetr endirilib, mühərriki sərinləşdirən hava kanalları isə indi bütün versiyalarda var. Motor qammasına 65 və 75 at güclü 0,9 litrlik aqreqat daxildir. Kiçik versiya mexaniki, böyüyü isə 6 pilləli robotlaşdırılmış transmissiya ilə çalışır. Maşınlar yeni eqzoz sistemi əldə edib. Avadanlıq siyahısında 7 düymlük ekranlı Easy Link multimedia sistemi və iki USB portu gözə dəyir. Alıcılar sürət qutusunun linginin dizaynını özləri seçə bilərlər.
- Baxış: 622