Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində hərəkət edən 1 nəfər müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb. Sərhəd naryadı tərəfindən silah tətbiq olunub, sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib. Üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 51 yaşlı Zülfüqar Seyfullayevə məxsus ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub. Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirirlər.
- Baxış: 512