• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 08.02.2019 14:37

Beyrək Bağırov “Prezident Kuboku”nda dayanq üzərinə çıxacaq

KepezTV Player

“Gədəbəy” Gənclər İdman Klubunun taekvandoçusu Beyrək Bağırov ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək. İdmançı Türkiyədə keçiriləcək yarışda qüvvəsini sınayacaq.

Ötən ilin sonlarında kişilər arasında keçirilən Azərbaycan çempionatında gümüş medal qazanan Bağırov “Prezident Kuboku”nda dayanq üzərinə çıxacaq. Antalyada təşkil olunacaq yarışda Beyrək 80 kq çəki dərəcəsində medal qazanmağa çalışacaq. O, fevralın 12-də mübarizəyə qoşulacaq.

Beyrək Bağırov 3-cü dan qara kəmər sahibi, idman ustasıdı. Taekvandoçu bir sıra beynəlxalq turnirlərin mükafatçısı olub.  Universal idmançı kimi tanınan Bağırov budodan dünya, çoxmübarizəli idman döyüş növləri üzrə Avropa çempionu olub.

 

Azad Rəfi