Dövlət büdcəsindən ayrılan 548 min manat vəsait hesabına istismar müddətini başa vuran 75 ədəd sərnişin lifti dəyişdiriləcək. Yaxın günlərdə başlanılacaq işlər şəhərin Yeni Gəncə yaşayış massivini və 4-cü mikrorayonu əhatə edəcək. Hazırda Gəncədə 199 ədəd şərnişin lifti fəaliyyət göstərir və onların əksəriyyəti istismara yararlıdır. Liftdən istifadəyə görə xidmət haqqı aylıq 2 manatdır.
Bəybala Şamilov – Gəncə şəhər MKTİB-nin şöbə müdiri: “Nəzərinizə çatdırım ki, 2005-2006-cı illərdə 36 ədəd, 2010-cu ildə 20 ədəd, 2013-cü ildə isə 70 ədəd sərnişin lifti dəyişdirilmişdir. Sərəncamdan sonra 75 ədəd sərnişin lifti dəyişdirildikdən sonra Gəncə şəhərinin lift təsərrüfatında istismar müddətini başa vurmuş 1dənədə olsun lift qalmayacaqdır”
Xaliq Qurbanlı
- Baxış: 745