Gənclər Fondunun növbəti uğurlu layihəsi məktəblilərin ekoloji təfəkkürünün inkişafına hədəflənən “Eko Youth”dur. Layihəyə Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərindən ümumilikdə 80 məktəbli cəlb olunub. Gəncədən seçilən 20 məktəbliyə 3 saat müddətində ekoloji mövzularda təlim keçirilib, “yaşıl iməclik” adı altında təmizlik aksiyası təşkil olunub, müxtəlif tullantılardan əl işləri hazırlanıb. Layihə çərçivəsində iştirakçılara daha məsuliyyətli olmaq, təbiəti qorumaq və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağın yolları öyrədilib. Nəticədə hər bir məktəbli ekoloji mövzuda ictimai vəkil olaraq fəaliyyət göstərəcək. “Eko youth” layihəsi Tovuz rayonunda da təşkil olunub. Bundan sonra Goranboy və Cəbrayılda keçiriləcək.
Elnur Şabanzadə - layihə rəhbəri: Cocuq Mərcanlıda ilk böyük layihədir. Təşkilayti dəstəyimiz ASAN Könüllü Gənclər təşkilatı və Yaşıl ASAN.dan ibarətdir. Layihədə ilk olaraq ASAN könüllüləri tərəfindən Yaşıl ASAN könüllüləri olaraq tullantılardan müxtəlif növ əl işləri düzəldiləcək. Daha sonra əl şləri ASAN Xidmət Mərkəzində sərgilənəcək. Sərgidə istifadə edilən əşyaları ictimai vəkillik yolu ilə hər hansı uşaqlar maariflənririləcək ki, tullantılara ikinci əl istifadə olunacaq əşya kimi baxacaqlar.
- Baxış: 804