KepezTV Player
Türkiyədə qəzaya düşən azərbaycanlı tələbələrdən biri dünyasını dəyişib. Biləcik vilayətində baş verən yol-nəqliyyat hadisəsində ağır yaralanan Naxçıvanın Şərur rayonunun Dizə kənd sakini, 21 yaşlı Mirsani Seyidov müalicə aldığı xəstəxanada həyatını itirib. Qəza zamanı onunla birlikdə olan qardaşı, tələbə Mirabbas Seyidovun səhhətinin isə normal olduğu bildirilir. Fevralın 3-də azərbaycanlı tələbələrin idarə etdiyi minik maşını ilə fabrik işçilərini daşıyan avtobusun toqquşması nəticəsində üçü ağır olmaqla, 11 nəfər xəsarət alıb. 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
- Baxış: 566