• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 05.02.2019 16:42

“Kəpəz” məşqləri davam etdirir

KepezTV Player

Əvvəlki əzəmətinin axtarışında olan “Kəpəz” I Divizionda çempionatın ikinci dövrəsinə hazırlığı davam etdirir. Meydança amili ilə bağlı məşqləri Gəncə ilə yanaşı, Göygöl və Samuxda keçirən futbolçuların topla növbəti görüş yeri Aşağı Ağasıbəyli kəndi olub.  

Komanda mütamadi olaraq Samux rayonunun bu kəndində yerləşən stadiondan yararlanır. Kəndlə Gəncə arasında məsafənin yaxın olması “sarı-göylər”in işinə yarayır. Qazonun vəziyyəti ideal olmasa da, məşq etmək üçün müəyyən qədər əlverişlidir. 

“Kəpəz” qış fasiləsi dövründə heyətinə cəlb etdiyi futbolçulardan ikisi Premyer Liqada təcrübəsinə malikdir. Söhbət komanda elitada çıxış edərkən kollektivin şərəfini qorumuş Əli Səmədovla Tural Rzayevdən gedir.

 Gəncə klubu hazırlıq dövründə 3 yoxlama oyunu keçirib. Komanda 2 dəfə “Turan Tovuz”la, 1 dəfə “Keşlə”nin ikinci komandası qarşılaşıb.

Azad Rəfi