Təhlükəsizliyin təmin edilməsi təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan növbəti belə tədbir Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 9-cu tağımının təşlilatçılığı ilə Şəmkirin Düyərli kəndində reallaşıb. Çıxış edənlər baş verən piyadavurma hadisələrinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar. Bu görüşlərin keçirilməsinin əsas məqsədi də məhz belə halların qarşısını almaqdır. Birmənalı olaraq qeyd olunub ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən edilmiş yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalıdırlar. Buna görə də hər kəs vətəndaşlıq mövqeyi sərgiləyərək ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdır.
Şahin Süleymanov BDYPİ-nin YPXA-nın 9-cu tağımının baş inspektoru: Yol Patrul Xidməti Alayının 9-cu tağımının şəxsi heyəti xidməti ərazidə ziyalı təbəqə ilə məktəblərdə müəllim və şagirdlərlə görüşlər keçirir. Görüşlər öz bəhrəsini verir. Əsas məqsədimiz baş verə biləcək qəzaların qarşısını almaq və proflaktik tədbirlərin gücləndirilməsidir.
Natiq Hüseyn
- Baxış: 646