KepezTV Player
Göyçayda yaşayış evində yanğın olub. Hadisə rayon sakini 58 yaşlı Tərxan Rəsulovun yaşadığı evdə qeydə alınıb. Ümumi sahəsi 120 kv metr olan, kürsülü, 4 otaqlı 1 mərtəbəli evin lambrindən ibarət tavanı 120 kv metr sahədə, 2 otağı və ev əşyaları, sənədlər, pullar yanaraq kül olub.Əraziyə dərhal FHN-nin rayon yanğından mühafizə hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə zamanı heç kim xəsarət almasa da ev sahibinə külli miqdarda ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 742