• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 04.02.2019 14:35

I Divizionda ikinci dövrəyə Tovuzda start veriləcək

KepezTV Player

Sabah futbol üzrə I Divizionda mövsümün ikinci dövrəsinə start veriləcək. Qış fasiləsi 14-cü turun oyunları ilə başa çatır. Turun açılış görüşü Tovuzda keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Qarabağ”ın ikinci komandasını qəbul edəcək. Qərb klubu çempionatın ikinci hissəsinə hazırlığı rayonda keçib. Yanvarın 7-dən təlim-məşq toplanışına başlayan kollektiv bu müddətdə 4 yoxlama oyununa çıxıb. Tovuzluların rəqibi Region Liqasında mübarizə aparan Qazaxın “Göyəzən”, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası və “Kəpəz” olub. Sonuncularla Eltay Aslanovun yetirmələri iki dəfə qarşılaşıb. “Turan” hazırlıq matçlarından 3-də qalib gəlib, 1-də heç-heçə oynayıb. Komanda transfer müddətində 8 futbolçu ilə yolları ayıraraq, heyətinə 2 yeni oyunçu cəlb edib. 

 

Azad Rəfi