• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 04.02.2019 10:01

Ekranda çıxıntısı olan ucuz Samsung Galaxy M peyda oldu

Samsung ekranın yuxarı hissəsində yeni tip çıxıntı - Infinity-V olan ilk smartfonlarını anons edib. Ekranın daha geniş olması üçün dinamiklərin yerini dəyişiblər. Nəticədə modellərdən biri olan Galaxy M20 6,3 düymlük FHD+ ölçülü panel üzlüyün 90 faizindən çoxunu tutur. Arxa paneldə barmaq izlərini tanıma və ultra iri bucaqlı obyektivli ikili kamera yerləşdirilib. Kameraların meqapikseli 13+5-dir. Life Focusla çəkiliş zamanı arxa planı bulanıq etmək olar. Öndə 8 meqapiksellik kamera var. Daha bir ucuz model M10-dur. Amma onun ekranı bir qədər balacadır. Prosessor rolunu sadə Exynos 7870 yerinə yetirir. Akkumlyator həcmi isə 3400-ə bərabərdir. Yaddaş həcmi 2/16 və 3/32-dir. Hər iki yenilik Android 8.1 Oreo ilə işləyir. Samsung Galaxy M20 və M10 5 fevraldan onlayn mağazada satışa çıxarılacaq.