• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 02.02.2019 15:20

“Turan Tovuz” təlim-məşq toplanışını davam etdirir

KepezTV Player

Komanda çempionatın ikinci dövrəsinə Tovuzda hazırlaşır. Eltay Aslanovun sükanı arxasında olduğu kollektiv yanvarın ilk həftəsindən çalışmalara başlayıb. Komanda qış fasiləsində məşqləri doğma meydanda keçir. Hazırlıq müddətində “Turan Tovuz” Göyəzənlə yanaşı, yoxlama oyunlarında “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası və “Kəpəz”lə də qarşılaşıb. Qəbələ səfərində 3:3 hesablı qollu heç-heçə edən tovuzlular iki dəfə evdə qəbul etdiyi aşağı liqa klubuna 2:0 və 4:3 hesabları ilə qalib gəlib. Tovuz futbolu uzun müddətdir ki, iki böyük iddiasının birindən uzaq düşüb. Komandanın büdcəsi klubun böyük məqsədlər uğrunda mübarizə aparmasına imkan vermir. Amma digər prioritet məsələ bu gün də öz aktuallığını qoruyur. Təbii ki, söhbət Tovuzun yetişdirdiyi futbolçulardan gedir. İllərlə Azərbaycan futboluna 10-larla istedadlı gənc bəxş edən yerli komanda yenə bu ənənəsinə sadiqdir.  Aşağı divizionda fasiləyə fevralın 7-də yekun vurulacaq. Həmin gün “Turan Tovuz” “Qarabağ”ın ikinci komandasını qəbul edəcək.

Azad Rəfi