• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 01.02.2019 13:58

Sabah futbol üzrə Region Liqasında qış fasiləsi başa çatır

KepezTV Player

Liqada həftəsonu 11-ci turun görüşləri oynanılacaq. Gəncəni yarışda təmsil edən “Qoşqar” komandası 2019-cu ildə ilk görüşünü səfərdə keçirəcək. Nizami yurdunun təmsilçisi Mingəçevirdə “Energetik”in qonağı olacaq. Tərəflər arasında ilk dövrənin Gəncədə keçirilən qarşılaşmasında nur şəhərinin kollektivi 2:1 hesabıyla qalib gəlib. Hazırda 7 xalı olan “Qoşqar” turnir cədvəlində 7 komanda arasında 5-ci sıradadı. Gəncəlilər növbəti mərhələ şansını qorumaq üçün bütün oyunları maksimum nəticə ilə başa vurmalıdırlar. 

 

Orxan Cəfərzadə