• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 01.02.2019 10:01

Dəliksiz ilk smartfon hazırlanıb

Çinin Meizu şirkəti tərəfindən təqdim edilmiş Zero adlı smartfonda SİM kart üçün slot və dinamik üçün dəlik yoxdur. Vivo şirkəti, həmçinin müvafiq texnologiya üzərində işləyir və hətta onu cari ilin fevralında Mobile World Congressdə təqdim etməyi planlaşdırırdı, ancaq Meizu şirkəti onu qabaqlayıb. Yeni smartfonda düymələri Samsung Galaxy S8/S9 və iPhone 7,8 modellərində istifadə olunan 3D touch texnologiyası ilə təchiz edilmiş sensor panellər əvəz edir. Dinamiklər ekran vasitəsilə ötürülən səslərin vibrasiyası yolu ilə kompensasiya edilir. Bu texnologiya ilk dəfə "Xiaomi" şirkəti tərəfindən istifadə edilib, amma Meizu onu daha da  təkmilləşdirib. Telefonda enerji doldurmaq üçün dəlik sürətli enerji doldurma texnologiyasını dəstəkləyən simsiz texnologiya ilə əvəz edilib. Qulaqlıqlar yalnız Bluetooth 5.0 texnologiyası vasitəsilə qoşulur və işləyir. Meizu şirkəti yeni smartfonunu virtual eSIM texnologiyası ilə təchiz edib. Ancaq bu texnologiya dünyanın bir çox ölkələrində dəstəklənmir.