• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 31.01.2019 10:32

Həvəskar biri tam ölçülü kompüter və maus düzəltdi

Müxtəlif ölkələrin bəzi şirkətləri ara-sıra maus ölçüsündə kompüterlər və ya daha kompakt qacetlər hazırlaması ilə bağlı açıqlama yayırlar. Amma hər dəfə söhbət ekranı olmayan və informasiya qəbul etməkdə məhdudiyyəti olan cihazlardan gedir. Bu çatışmazlığı aradan qaldırmaq üçün Electronic Grenade adlı YouTube kanalının müəllifi yeni maraqlı video paylaşıb. Həvəskar 3D printerdə maus korpusu çap edib və ölçüdə adi mausu bir qədər üstələyir. Daxildə Raspberry Pi Zero W miniatür kompüteri yerləşdirilib. Xaricinə isə rəngli 1,5 düymlük ekran bərkidilib. Aşağı hissədə sürüşdürülə bilən klaviatura var. Ümumiyyətlə bu kompüterin məhsuldarlığı pis deyil və işlətmək üçün rahatdır.