Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi ilə Gəncə Avtomobil Zavodu arasında əldə edilən ilkin razılığa əsasən yeni müasir sdandartlara cavab verən tutumların zovadda yığılması həyata keçiriləck. İlkin olaraq birlikdən zavoda sifarişin verilməsi məqsədilə 3 nümunədə və müxtəlif ölçülü olacaq tutumların nümunələri də göndərilib. Hazırda Gəncə şəhərinin küçə və prospektlərində 1600 tutum əhalinin istifadəsindədir. Bu tutumların bir qismi artıq istismar müddətini başa vurub və şəhərin estetik görünüşünə ziyan yetirir.
Nizami Babayev - Gəncə Şəhər Mənzil Komunal Təsərrüfat İB-nin rəis müavini: “ Sifariş olunanlar ancaq dəmir tutumlardır. 1 kubluq, 0.5 kubluq və 0.28 kubluq qapaqlı tutumlar sifariş verilmişdir. Tutumlar hazır olduqda əvvəl başlayacağıq şəhərin mərkəzindən, daha sonar digər tutumlar dəyişdiriləckdir tərəfimizdən”
- Baxış: 714