Bütün dünya üzrə əkinə yararlı torpaq sahələri azalır. İndi mütəxəssislərin üzərinə düşən əsas iş mövcud torpaqları zənginləşdirməkdir. Bunun üçün üzvi gübərlərdən istifadə məsləhət görülür. Ən yaxşı üzvi gübrə hazırda kompost sayılır. Bu gübrə torpağın strukturunu yaxşılaşdırır. Prinsipcə kompostlaşmaya, yandırılan və ya zibil kimi atılan üzvi tullantılar yararlıdır. Kompostlaşma üçün ən yaxşı material kimi bitki qalıqlarını, mətbəx tullantılarını, bütün növ peyinləri və daş ununu qeyd etmək olar. Hazırda daxili bazarda kompost satışı həyata keçirilmir. Ancaq kompostu Rusiya torfu ilə təxmini əvəz etmək olar. Onun 1 kq-nın qiyməti 1 manatdır. 1.5 m2 həcmli topadan təxminən 180-200 kq kompost əldə etmək mümkündür. Qeyd edək ki, hazırda Rusiya və Ukraynada kompostun 1 kq.nın qiyməti 0.80-1.30 man arasındadır. Fermerlər üçün nə yaxşı yol kompostu özünün hazırlamasıdır.
Arif Abbasov kənd təsərrüfatı mütəxəssisi:Bunu hamısı gözəl bilirlər. Amma məsələ orasındadır ki, heç kim kompost hazırlanması ilə məşğul olmur. Kompostun istifadəsinin əhəmiyyəti ondan ibarətdir ki, istehsal olunan məhsul ucuz başa gəlir. Xaricdın alınan mineral gübrələrdən azad oluruq. Üzvi maddələrə keçiriksə ekoloji cəhətdən təmiz məhsul alınır. Fermerin satacağı məhsul keyfiyyətli olduğununa görə bazarda daha baha qiymətə satılacaq. Həyət bacada nə qədər zibillər var tamamilə təmizlənir. Hazırlanmış kompost 1 m2 torpaq üçün 4-5 kq hər ağaca verilir.
Zahid Məmmədov fermer:Bu kompost haqqında eşitmişdim ancaq onu hazırlamağı bilmirdik. Bu təlimdən sonra artıq öyrəndik. Öz həyətyanı sahəmizdə üzüm bağı, meyvə ağacları var. Tərəvəz əkirik. Xiyar, pomidor yetişdiririk. İndidən sonra bunu hazırlayıb sahəmizə verəcik ki, yaxşı məhsul versin. Bununla təbiətə də az ziyan vurulacaq. Xəzəlləri yandırırdıq. Tullantı materiallardan istifadə edib yüksək keyfiyyətli gübrə alacıq.
- Baxış: 1123