• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 31.01.2019 09:48

Şəmkirdə su nasosları oğurlayan şəxslər ifşa edilib

KepezTV Player

Şəmkir sakinlərini susuz qoyan şəxslər ifşa ediliblər. Onlar yaşadıqları ərazidə bir neçə nəfərin su nasosuna qənim kəsiliblər. Oğurluq nasosları dəyər-dəyməzinə satan gənclər əldə etdikləri pulla çox da uzağa qaça bilməyiblər.

Elnur Quliyev - saxlanılan şəxs: "Sahədən kəsib götürürdük. Sonra da gətirib gizlədirdik. Müştəri olanda satırdıq, olmayanda da gizlədirdik."

Şəmkirin Əliyaqublu kəndi sakini Elnur Quliyev həmkəndlisi Eynur Səlimovla birlikdə yaşadıqları ərazidə su nasoslarına sözün əsl mənasında qənim kəsilib. Bir neçə gün ərzində müxtəlif şəxslərin  təsərüfatından su nasoslarını qarət edən həmin şəxslər bağ sahiblərinə xeyli miqdarda maddi ziyan vurublar. Əldə etdikləri nasosları isə elə yaşadıqları kənddə dəyər-dəyməzinə satıblar.

Eynur Səlimov - saxlanılan şəxs: "Su matorunu oğurlamışdıq. Gətirib gizlətdik. Onu da sata bilmədik qaldı. Ondan qabaq götürdüklərimizin birini 43 manata satmışdıq."

Əliyaqublu kənd sakinlərinin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi cinayətin üstünü isti izlərlə aça bilib. Araşdırmalar zamanı müəyən edilib ki Elnur Quliyev və Eynur Səlimov qabaqcadan əlbir olaraq Əliyaqublu kəndində 6-a yaxın su nasosunu oğurlayıblar.

Anar Gözəlov - Şəmkir rayon PŞ-nin Təhqiqat bölməsinin rəisi: "Hadisəni törətdikdən sonra su mühərriklərini satdıqları şəxs müəyyən edilib. Eyni zamanda satmaq üçün gizlətdikləri su mühərrikləri müəyən edilərək götürülüb. Hazırda həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir."

Faktlarla bağlı Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Natiq Hüseyn