• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 30.01.2019 10:01

Nissan yüksək komfortlu sportsedan hazırladı

Detroyda Nissan Ims adlı konseptinin premyerası baş tutub. Şirkətdə onu yüksək komfortlu idman sedan adlandırırlar. Avtomobil qeyri-adi salon əldə edib. Belə ki, burada 3 yerli arxa divan var, həmin divan iri kresloya çevrilə bilir. Tam ötürücülü prototip iki elektromotla işləyir. Ümumi at güc 483-ə bərabərdir. Mühərriklər 115 kilovatt-saat həcmi olan batareya blokundan qidalanırlar. Avtomobilin gediş ehtiyatı təxminən 612 kilometrdir. Konsept pnevmatik asma, 22 düymlük disklər, yan güzgülərin əvəzinə kameralar, qarışıq reallıq sistemi və avtonom idarəetmə, həmçinin kuzovun arxa və ön hissələrinin mərkəzində xüsusi indikatorla komplektləşir. Sonuncu piyadaları və digər sürücüləri maşının avtonom şəkiledə idarə edilməsi barədə xəbərdarlıq edir. Avtopilot rejimdə sükan gizlənir və ön oturacaqlar içəriyə doğru çevrilir. Qarışıq reallıq sistemi 3 ölçülü interfeyslə şəbəkələrdən və ətraf mühitdən informasiyalar toplayır. Söhbət məsələn, tıxaclardan və yolların keyfiyyətindən gedir. Rəsmilər bildirirlər ki, maşın kütləvi istehsala hazırdır, amma bunun nə vaxt baş verəcəyi açıqlanmır.