• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 29.01.2019 10:41

Bu çip "havadan" enerji əldə edir

İsrailin Wiliot startapı National Retail Federation (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, havadan əldə olunan enerji ilə işləyir. ARM prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip Bluetooth, Wi-Fi və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.