• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 29.01.2019 10:27

Çindən olan elektrikli konseptin salonda 3 yerlik divanı var

Detroyt avtoşousunda GAC Entranze adlı konsept-kar sərgilənib. Onun özəllikləri arasında qeyri-adi salonun olması var. Məsələn, birinci cərgədə 3 yerlik divan, şüşə qapılar və mantar palıd qabığından işləmələr yer alıb. Çinin GAC şirkəti artıq bir neçə dəfədir ki, Detroyt avtosalonuna qatılır. Buna baxmayaraq hələ də onun maşınları ABŞ-da satılmır. Çinlilərsə Amerika bazarından imtina etmək niyyətində deyillər. Markanın təqdim etdiyi bu dəfəki Entranze adlı avtomobil krossoverlə minivenin qarışığı olan bir seqmentdir. Yenilik bu yaxınlarda açılan Kaliforniya dizayn studiyasının ilk əl işidir.