2018-ci ilin sentyabr və noyabr aylarında ixtisasartırma proqramına cəlb olunan müəllimlər üçün qiymətləndirmə imtahanı keçirilib. Gəncə şəhəri ilə yanaşı Daşkəsən və Samux rayonlarından olan 600 müəllim yekun qiymətləndirilməyə cəlb olunub. Test sualları təlimlərdə tədris olunmuş materaillar əsasında qapalı və yazılı şəkildə hazırlanıb. Təlimlərə əsasən yazı işinin təşkili metodiqası üzrə Azərbaycan dili və ədbiyyat müəllimləri, məktəbdaxili metodikanın təşkili üzrə isə müxtəlif fənn müəllimləri cəlb olunublar. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq imtahanlarda iştirak edən pedaqoqlar ixtisasartırma sertifikatları ilə təmin olunacaqlar.
Namiq Nağıyev – Təhsil İşçilərinin Peşəkar İnkşafı İnstitutunun direktor müavini: “Ölkə üzrə 8500 müəllim ixtisasartırma proqramlarna cəlb olunublar. Bu gündən etibarən yəni 28 yanvardan başlayaraq 8 fevrala qadər Təhsil İşçilərini Peşəkar İnkşafı institu tərəfindən həmin təlimlərdə iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsi aparılır".
- Baxış: 743