KepezTV Player
Daha bir oğurluq faktı Qaxda qeydə alınıb. Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirləri ilə hadisəni Qaxingiloy kənd sakinləri - Eristo Lomaşvili və Zviadi Zurabaşvilinin törətdiyi müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Araşdırmalar nəticəsində digər cinayət əməllərinin də üstü açılıb.
- Baxış: 513