Samuxun Sərkar kəndində sakinlərlə rayon rəhbərliyinin növbəti görüşü reallaşıb. Görüşdə kəndin potensial imkanları, sosial-iqtisadi sahədə əldə edilən uğurlar və mövcud problemlər təhlil edilib. Rayonun ən böyük yaşayış məntəqələrinindən olan Sərkarın 5600-ə yaxın əhalisi var. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqldır. Kənddə 1 tam orta məktəb, 1 uşaq musiqi məktəbi, 1 uşaq bağçası, 1 həkim məntəqəsi, poçt və elektron ATS fəaliyyət göstərir. Sakinlər göstərilən xidmətlərin kefiyyətinin yaxşılaşdırılması üçün bəzi təkliflərə çıxış ediblər. Müasir məktəb binasının tikilməsi, uşaq bağçasının və səhiyyə müəssisəsinin əsaslı təmiri gündəmə gətirib. Kəndin yeni salınan yaşayaış məntəqələrində elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, küçələrin təmiri, ictimai nəqliyyat vasitələrinin sayının aratırılması kimi müraciətlər də səsləndirilib. Təklifləri dinləyən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev yaxın vaxtlarda Sərkar kəndində yeni məktəb binasının tikintisinə başlanacağını, eləcə də bağça binasının təmir ediləciyini diqqətə çatdırıb. Səsləndirilən digər müraciətlərin də mərhələli şəkildə həll oluncağı vurğulayıb.
Natiq Hüseyn
- Baxış: 692