12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Vergi məcəlləsinə edilən dəyişikliklərin aktuallığı, vergi ödəyicilər üçün tətbiq edilən azadolma və güzəştlər, biznes mühitinin yaxşılaşdırılması üçün yaradılan şərait və vergi qanunverciliyinin şəffaflığının təmin edilməsi vergi ödəyicilərinə izah olunub. Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları barədə, əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması da diqqətə çatdırılıb. Bundan əvvəl Gəncə, Goranboy, Naftalanda keçirilən bu cür maarifləndirici tədbir Daşkəsəndə də vergi ödəyiciləri üçün təşkil ediləcək. Tədbirdə göygöllü vergi ödəyicilərinin çox saylı sualları cavablandırılıb.
Rauf Mirzəyev 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Topdan ticarətlə məşğul olan vergi ödəyiciləri, qızıl və qızıl məmulatlarından hazırlanan əşyaları satan sahibkarlar, işçi sayı 10 nəfərdən yuxarı olan istehsal sahəsi, xəz dəri məmulatları satanlar, xidmət müqaviləsi ilə çalışanlar sadələşmiş vergi ödəyicisi ola bilmirlər. Onlar gəlir vergisi ödəyicisi olacaqlar. Dövriyyələri əgər 200 min manatadək olduğu hissədə onlar gəlir vergisinin ödəyicisi olurlar. Əsas dəyişiliklər bunlardan ibarət olub”.
Elnur Vahidoğlu
- Baxış: 546