• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 26.01.2019 10:50

Goranboyda qardaş qardaşın canına qıydı

Hadisə rayonun Xanqərvənd kəndində baş verib. Evdə birlikdə oynayan iki qardaş arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb. 15 yaşlı X.Məmmədov qəzəblənərək, mətbəx bıçağı ilə qardaşı 17 yaşlı İ. Məmmədovu ürəyindən bıçaqlayaraq öldürüb. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.