Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.01.2019 20:35
İki uşaq anası dəm qazının qurbanı oldu
Gədəbəy sakini dəm qazından zəhərlənib. Zəhmət kəndində yaşayan 24 yaşlı Aysel Mirzəyeva vanna otağında dəm qazından boğulub. Qadın ailə üzvlərinin köməyi ilə xəstəxanaya çatdırılıb, lazımi tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Aysel Mirzəyevanın iki qız övladı var. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 624
