• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 25.01.2019 18:33

Qazaxda yolu keçən piyadanı avtomobil vurub

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qazax şəhərində, avtovağzalın yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 61 yaşlı Xanım Abdullayeva avtomobillə vurulub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Elton Cabbarlı