Ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə kiçik və orta biznesin dostları- KOB şəbəkəsi yaradılıb. KOB dostları mikro, kiçik və orta bizneslə məşğul olan sahibkarlara biznesin qurulması, mövcud sahibkarlıq faəliyyətinin genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərindən istifadə və ümumlikdə bizneslə bağlı hər cür yardım edirlər.
Kiçik və orta biznesin dostları regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə birbaşa ünsiyyətdə olur. Onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, kiçik və orta bizneslə məşğul olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həllinə kömək edirlər. Hazırda Bakı, Gəncə və ölkənin 7 rayonunda – ümumilikdə 11 “KOB Dostu” fəaliyyət göstərir. Gəncə şəhərindəki KOB Dostunun fəaliyyətə başlamasından az müddət ötsə də regionda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlarla bir sıra görüşlər keçirir, onların müraciət və təkliflərini dinləyir, suallarını cavablandırır.
Anar Əliyev - KOB dostu: “KOB dostunun qısa müddətdə yaranmasına baxmayaraq kifayət qədər kiçik və orta biznes sahibkarlarının müraicətlərini, onların dövlət və maliyyə resurslarına çıxışı ilə bağlı köməkliklərini göstərmişdir. Hədəfimiz Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlığa dəstək, onların maliyyə resurslarına çıxışına dəstək vermək, onlara qanunvericiliklə bağlı, tənzimləmə qanunları ilə bağlı, bizneslərinin inkişafına dəstək göstərməkdir”.
Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 KOB Dostundan ibarət şəbəkənin yaradılması nəzərdə tutulur. Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri də KOB Dostu ilə sıx əməkdaşlığa dəvət edilir.
- Baxış: 723