• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 24.01.2019 10:21

Yıxılanda dura bilən robot-it hazırlandı

İsveçrəli alimlər və Robotic Systems Lab laboratoriyası təsadüfən aşandan və ya insanın vurduğu zərbədən sonra ayağa dura bilən robot yaradıblar. ANYmal adlı robot it üçün xüsusi neyroşəbəkə hazırlanıb. Bu şəbəkə hər yıxılandan sonra informasiya bazasını artırır, robotu müxtəlif situasiyalara alışmış vəziyyətə çatdırır. Neyroşəbəkəyə məlumatlar ilkin mərhələdə kompüter modelləşdirilməsi vasitəsilə daxil edilib. Yalnız kompüterlərdə ciddi testlərdən sonra mühəndislər robot-iti itələyərək yıxmağa başlayıblar. Təbii ki, ANYmal əyləncə üçün hazırlanmır. Gələcəkdə belə botlardan inşaatda, xilasetmə əməliyyatlarında, risk və təhlükə olan başqa yerlərdə istifadə etmək olar.